Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 4Service Group

General AZ

general

4Service-in canlı çağrı mərkəzi – müştərilərlə qüsürsuz ünsiyyət sizin etibarınızı yüksəldir!

Çağrı mərkəzi yaratmağı düşünərkən biz uzun müddət bu növ xidmətlərdən istifadə zamanı öz təcrübələrimizi təhlil etdik. Bir sıra fokus-qrup, daxili sorğular həyata keçirərək heç birimizin xoşuna gəlmədiyi məqamı – robotu aşkar etdik. Bəli,bəli, düzgün anladınız. Bu hiss hamıya tanışdır, sənə hər hansı bir sorğu ilə bağlı zəng edirlər və sən birdən başa düşürsən ki, canlı insanla deyil maşınla, yaxud skriptlərə və müəyyən nitq modulları ilə çərçivələnmiş insanla danışırsan və bu zaman adam belə danışığı davam etdirmək istəmir.

Buna görə, bizdə canlı çağrı mərkəzi konsepsiyası meydana çıxdı. Biz standart skript, şablon söz və modullardan istifadə etmirik. Biz respondent ilə ünsiyyəti maksimal dərəcədə fərdiləşdirərək çərçivə yanaşmasından ayrılmağa və vəziyyətə uyğun hərəkət etməyə imkan verən məqamları inkişaf etdiririk.

Biznesin inkişafı üzrə gündəlik iş ticarət şirkətinə xeyir gətirir. Satış həcmləri böyüyür, loyal müştərilərin sayı artır. Amma xidmətlə bağlı bir çox cari problemlər tez-tez rəhbərliyin diqqətindən kənarda qalır. Bir çox hallarda alıcılarınız ticarət obyektini tam razı şəkildə tərk etmir. Bacarıqlı rəqib belə müştəriləri asanlıqla ələ keçirə bilər. 4Service çağrı mərkəzi işlərin həqiqi vəziyyətini aydınlaşdırmağa və etibarınızı yaxşılaşdırmağa imkan verir.

Canlı çağrı mərkəzi necə işləyir

Call Centre 4Service – sorğuların keçirilməsi üçün effektli vasitədir. Diqqətlə seçilmiş əməkdaşlar insanlarla ünsiyyət üçün xüsusi təlim keçirlər. Onlar tədqiqatın keçirilməsi zamanı ssenaridəki rolun məharətlə ifa edir, hər bir respondentə fərdi yanaşma tətbiq edir, alıcılarla şirkət arasında keyfiyyətli əks əlaqəni təmin edirlər.

Çağrı mərkəzinin əsas işi – müştəridən lazımi informasiyanı əldə etməkdir. Sorğunun keçirilməsinin konkret məqsədləri əsaslı şəkildə fərqlənə bilər: aksiyaların keçirilməsi haqqında xatırlatmadan başlayaraq yeni məhsul haqqında insanların fikrinin müəyyənləşdirilməsinə qədər. Bir çox hallarda respondentlərlə sorğu aparılan zaman çağrı mərkəzinin əməkdaşı eyni zamanda bir neçə vəzifəni yerinə yetirir.

Çağrı mərkəzinin iş planı hər bir sifarişçi üçün fərdi qaydada tərtib edilir. Sizin istəkləriniz nəzərə alınır və 4Service-in təcrübəli mütəxəssislərinin tövsiyələri təklif olunur. Plan ətraflı müzakirə olunduqdan sonra çağrı mərkəzinin əməkdaşlarına layihənin xüsusiyyətləri öyrədilir və onlar qoyulmuş məsələlərin mənimsənilməsi üzrə yoxlamadan keçirlər.

4Service çağrı mərkəzinin üstünlükləri

Tədqiqatların keçirilməsi üçün 4Service-in "canlı" çağrı mərkəzindən istifadə sifarişçiyə əhəmiyyətli üstünlüklər verir:

Real işlərin vəziyyəti haqqında doğru məlumat. Çağrı mərkəzinin peşəkar respondentlərdən əldə etdiyi informasiya xidmət zamanı buraxılmış səhvləri aşkar etməyə və onları aradan qaldırmağa imkan verir.

Artım şəklində mənfəət. Sorğu məlumatlarına operativ reaksiya verərək siz yerlərdə vəziyyəti dəyişdirirsiniz. Razı qalmış müştərilərin sayı artır.

Müştərilərin sevgisi və onların loyallığının artımı. Sorğuların keçirilməsindən sonra xidmətin keyfiyyətinin yaxşılaşması müştərinin biznesinizə münasibətini yaxşılığa doğru dəyişdirir.

Ən iddialı layihələrin reallaşdırılması üçün cəsarət. Alıcı ilə keyfiyyətli əks əlaqədən istifadə edərək, siz həyata ən cəsarətli addımları həyata keçirir və rəqibləri geridə qoyursunuz.

Qiymətləndirmədə böyük həvəs. Bizdə xidmətin maya dəyərini maksimal dərəcədə optimallaşdırmağa şərait yaradacaq imkan və resurslar var, buna görə də biz rəqiblərimizdən daha güclü və daha maraqlıyıq.

4Service çağrı mərkəzi müştərilərlə dialoqunuzu maksimal effektli edir. Bizim əməkdaşlarımızla ünsiyyətdən sonra narazı müştəri loyal olur. Sadə insanlar üçün yaradılmış biznesinizin şöhrəti artır və siz elə onların gözündə yüksəlmiş olursunuz.

Müştərilərinizdən həqiqəti bilmək istəyirsinizmi? – Müraciət edin!

İddialı layihə həyata keçirmək fikrindəsiniz? – Onu həyata keçirməyə kömək edərik!

Xidmət səviyyəsini yaxşılaşdırmaq arzusundasınız? – Bu Call Centre 4Service ilə çox asandır!

4Service-dən qiymətlərin monitorinqi və POSM-audit – fəal istehsalçılar üçün faydalı tədqiqatdır(araşdırmadır)

Müasir istehsalçıya biznesi uğurla inkişaf etdirmək üçün çox səy göstərmək lazım olur. Yeni malların hazırlaması və məhsulunuzun reklamı ilə yanaşı marketinq araşdırmalarından istifadə etmək çox faydalıdır. Qiymətlərin monitorinqi və POSM-audit satış yerlərində çox vacib məlumatı üzə çıxarmağa imkan verir. 4Service şirkəti bu işi həvəslə öhdəsinə götürür və həmişə sifarişçiyə doğru məlumat verir.

Niyə qiymətlərin monitorinqini 4Service-ə etibar etmək daha yaxşıdır

Satış yerlərində qiymət dəyişikliklərini izləmək istənilən istehsalçı üçün vacib məsələdir. Belə tədqiqatları keçirmək üçün ya mövcud işçi qüvvəsindən istifadə etmək, ya əməkdaşların sayını artırmaq, ya da bu işi yerinə yetirən digər insanlara tapşırmaq lazımdır.

Qiymət yoxlamasının qeyri-peşəkarlar tərəfindən həyata keçirilməsinin effektivliyi çox aşağı olur, çünki bu insanlarda praktik bacarıqlar yoxdur. Bundan əlavə, monitorinqlə məşğul olan insan müvəqqəti olaraq əsas işini təxirə salmağa məcbur olur.

Monitorinq üzrə mütəxəssis ştatının mövcudluğu həmişə əlavə xərcdir.

Buna görə kənardan bu sahədə ixtisaslaşmış şirkətlərin bu işə cəlb edilməsi qiymət auditinin ən optimal variantıdır.

4Service şirkəti istehsalçılar üçün qiymətlərin monitorinqini operativ və keyfiyyətlə yerinə yetirir. Müştərilərimizin 100% -i bu xidməti daim sifariş edir, çünki bizim tədqiqatlarımızın nəticələri onları tam qane edir.

POSM-audit kimə lazımdır

POSM-monitorinq öz malını təbliğ etmək üçün müasir innovasiyalardan istifadə edən istehsalçılara lazımdır. Auditin belə formatı satış yerlərində xüsusi avadanlıqların (soyuducular, vitrinlər, çətirlər,ticarət üçün müxtəlif mebellərin) izlənməsindən ibarətdir.

Auditor avadanlığın sayını və onun vəziyyətini (içindəki malın miqdarını, zahiri görünüşünü, işləmə qabiliyyətini) qiymətləndirir. Tədqiqatların gedişatında alınmış məlumatlara auditorun subyektiv qiymətləndirməsi də əlavə olunur.

4Service mütəxəssisləri qiymət auditinin və POSM-monitorinqin keçirilməsi sahəsində böyük təcrübəyə malikdirlər. Biz sifarişçilərimizi sevirik, buna görə araşdırmalar zamanı sizin üçün xüsusi faydalı və doğru məlumatları əldə edirik. Sizin tapşırıqlarınızı peşəkarlıqla yerinə yetirərək biz həvəslə lazımiı məlumatları toplayırıq. Biz hər zaman istehsalçılarla əməkdaşlığa hazırıq və öz işimizin nəticələrinə görə cavabdehlik daşıyırıq.

Pərakəndə satışda qiymətləri izləmək istəyirsinizmi?– Biz kömək edərik!

Ticarət şəbəkələrində avadanlığın monitorinqini keçirmək niyyətindəsiniz?– Biz hər soyuducunu vicdanla yoxlayacağıq!

Rəqiblərin real qiymətlərini öyrənmək fikrindəsiniz?– Bu, 4Service ilə çox asandır!

Səs verdi
Şəxs

Biz 4Service-də gündəlik işdə, müştərilərlə münasibətlərdə, həmkarlarla və ətraf aləmlə qarşılıqlı təsirdə müəyyən əsas prinsipləri rəhbər tuturuq. Onlar bizim üçün əhəmiyyətlidir, çünki atacağımız addım və qərarlara təsir edir, şirkətin inkişaf strategiyasını həyata keçirməyə kömək edir.

4Service – həmfikir insanların birliyidir. Şirkətin yüksək hədəfləri yalnız və yalnız komanda səyləri ilə əldə edilir. Hər birimiz üçün şirkətin beş əsas dəyəri əhəmiyyət kəsb edir:

Cəsarət

 

Cəsarətimiz böyük hədəflərə çatmaq istəyi, mümkün olduğundan daha çox uğur qazanmaq arzusu ilə izah olunur. Biz yeniliyi sınaqdan keçirməkdən qorxmuruq.

Audacity

Həvəs

 

Böyük həvəs effektivliyin artırılmasında, həm insani, həm də maliyyə resurslarımızın artımında öz əksini tapır. Biz liderliyə can atırıq. Yüksək fəallıq bizim adi vəziyyətimizdir.

Greed

Mənfəət

 

Bizim hərəkətlərimiz formal xarakter daşımır. Hər birimiz işi görməzdən öncə düşünürük. Bizim hər bir səyimizin nə qədər xeyir gətirəcəyini dərk edirik.

Use

Həqiqət

 

Biz özümüz və təmasda olduğumuz insanlar qarşısında səmimiyik. Biz sualları birbaşa verməyə, mürəkkəb məqamları müəyyənləşdirməyə, informasiyanı səsləndirməyə hazırıq və həmsöhbətlərimizdən səmimi cavab gözləyirik. Biz həmkarlarımıza etibar edirik və onlardan qarşılıqlı səmimiyyət gözləyirik.

Truth

Sevgi

 

Biz bir-birimizi dəstəkləyirik və başa düşürük ki, yüksək nəticəyə yalnız komanda şəklində, birlikdə nail olmaq olar. Biz özümüzə, həmkar və tərəfdaşlarımıza hörmətlə yanaşırıq. Əxlaq və insani dəyərlər həm şirkət daxilində, həm də şirkətdən kənar maraqlı tərəflərlə ünsiyyət zamanı bizim davranışımızın əsasını təşkil edir.

Love

Servizoria –biznesinizdə xidmət səviyyəsinin real qiymətləndirilməsi üçün internet mağazadır

Öz işinin inkişafına bütün gücləri səfərbər edərək kiçik və orta sahibkarlar eynilə böyük korporativ şəbəkə sahiblərinin buraxdığı səhvləri təkrarlayır və bundan əziyyət çəkirlər. Xidmətin aşağı səviyyəsi və satıcıların kobud davranışı hər gün yüzlərlə potensial alıcını onların ticarət obyektinin yanından keçməyə məcbur edir. Servizoria – biznesinizdə mövcud olan real vəziyyəti görmək üçün gözlərinizi açan, bu vəziyyəti dəyişdirən sehrli alətdir. Xüsusi olaraq kiçik ticarət strukturları üçün biz unikal internet mağaza yaratdıq ki, burada da gizli alıcının xidmətlərini sifariş etmək son dərəcə asandır.

Niyə xidmətin səviyyəsi biznesiniz üçün həyati əhəmiyyətlidir

Satış həcmini mümkün olduğu qədər yuxarı səviyyədə təmin etmək üçün kiçik və orta biznesdə hər bir alıcının böyük əhəmiyyəti vardır. Müştərilərin rəqibə üstünlük verərək sizin mağazanıza gəlməməsi təəssüfləndirici haldır.

Konkret bir ticarət obyektinin xidmətlərindən alıcının imtinasının əsas səbəbi xidmətin aşağı səviyyədə olmasıdır. Adamların 69%-i satıcının ona qarşı nəzakətsiz münasibətini hiss edərək bu mağazaya yenidən gəlmək fikrindən daşınır.

İşinə məsuliyyyətsiz yanaşan satıcı biznesin sahibinə əhəmiyyətli dərəcədə zərər verir. O, alıcıları hürküdərək satışı aşağı salır. Ən pisi də odur ki, əməkdaş siz mağazada olmadığınız zaman belə davranır. Buna görə də rəhbərliyin real vəziyyəti görməsi praktik olaraq mümkün deyil. O vaxta qədər ki, işi 4Service-in gizli alıcıları öz öhdəsinə götürür.

Servizoria necə işləyir

Servizoria.com saytı kiçik və orta biznes sahiblərinə kömək üçün yaradılmışdır. Sizin üçün xüsusi olaraq Mystery Shopping-in sadələşdirilmiş versiyasını təşkil etmişik.

Siz burada gizli alıcının aşağıdakı xidmətlərini sifariş edə bilərsiniz:

mağazanıza operativ baş çəkmək;

orada baş verənləri danışmaq;

ticarət nöqtəsindən (audio-yazı, alış-veriş qəbzi) artefaktları təqdim etmək;

xidmətin keyfiyyətini qiymətləndirmək.

Gizli alıcı zahirən eynilə mağazanın adi ziyarətçisinə, müştərisinə oxşayır. Satıcılar onunla olduqca sərbəst ünsiyyət saxlayırlar. Buna görə o, xidmət keyfiyyəti haqqında düzgün məlumatlar əldə edir.

Servizoria sizə ticarət nöqtəsində xidməti doğru qiymətləndirməyə imkan verir. Ondan istifadə çox sadə və rahatdır. Biz məmnuniyyətlə və sevgi hissi ilə biznesin inkişafına xeyir verərək sizin üçün çalışırıq.

Xidmətinizin səviyyəsini qaldırmaq istəyirsiniz?– Biz kömək edərik!

Sizin yoxluğunuz zamanı mağazada nələr baş verdiyini bilmək istəyirsiniz?– Problem yoxdur!

Satıcılara olduqca nəzakətli olmağı öyrətmək niyyətindəsiniz?– Bu, bizimlə çox asandır!

4SERVICE GROUP

Sizin müştərilərinizlə canlı bağlantı

Onlar sizi tənqid edir, sosial şəbəkələrdə dağıdıcı postlar yazır, yaxud dostlarına zəng edərək sizi çox tərifləyir və ya evdə yoldaşları ilə hiddətlərini bölüşürlər. Bir çox hallarda isə – sadəcə bütün bu emosiya və şikayətlərini içlərində boğur və nəticə kimi iki hərəkətdən birini edirlər; ya geri qayıdırlar,ya da bir daha gəlmirlər. Onlar – sizin müştərilərinizdir.


Onların düşündüklərini bilmək üçün nə etməyə hazırsınız?

Biz isə hər şeyə hazırıq!

4Service şirkəti artıq 15 ildir ki, araşdırma və müştərilərlə işə dair təcrübənin yaxşılaşdırılmasıyla məşğuldur. Bizim minlərlə gözümüz və qulağımız var. Daha dəqiq desək, əlimizin altında öz müştəri təcrübəsinin daha yaxşı olmasını istəyən 300 000 sadə insan var. Biz hər yerdəyik: 29 dildə danışırıq və dünyanın 52 ölkəsində fəaliyyət göstəririk. Bizdə güclü analitik mərkəz var, sizin haqqınızda və biznesiniz barədə ictimai rəydə hər bir dəyişikliyi izləyirik.

Niyə?

Yeganə bir məqsədlə – xidmətiniz sizdən razı müştərilərin sayını artırsın və biznesiniz çiçəklənsin. Və əgər siz də bizim kimi müştərilərin sədaqətinin istənilən biznesin əsas kapitalı olduğuna inanırsınızsa,, 4Service laboratoriyasına xoş gəlmisiniz!

Burada yaxşı şirkətlər daha mükəmməl olur. Çünki biz sizə müştərinizin yerində olmağa, özünüzü müştəriniz kimi hiss etməyə, onun istəyini öyrənməyə və onu xoşbəxt etməyə kömək edirik.

Niyə bizdə bu daha yaxşı alınır?



Why 4service
Biz özümüz yaxşı xidməti sevirik
4service loves good service
Оnun gücünə inanırıq və biz
We believe in service importance
çoxdan bu işin içindəyik a while


Biz, birinci olaraq uzaq 2001-ci ildə postsovet məkanında "mystery shopping" xidmətini təklif edən uşaqlarıq. Bu vaxt ərzində bizim Gizli Alıcılarımız fastfudlardan beynəlxalq banklara qədər müxtəlif sahələrdə 1 milyon 150 min qiymətləndirmə həyata keçiriblər 4Service yalnız Rusiya və MDB ərazisində ən böyük şirkət olmadı, həm də Avropa Birliyində müvəffəqiyyətlə böyüməkdədir. Biz Avropa Mystery Shopping Provayderləri Asossiasiyasın - MSPA-in üzvüyük və daim işi ən yaxşılardan öyrənirik.

Bizim effektivliyimizin kifayət qədər
sadə sirrləri vardır:

  • 1. Biz zəmanə ilə ayaqlaşırıq və bu biznesdə ən müasir texnologiyalardan istifadə edirik.
    TV-də formalaşdırılmış Gizli Alıcı (“Revizor”) stereotipini unudun. Bu stress-şou deyil. Müştəri məmnuniyyətinin professional qiymətləndirilməsi xidməti daha çox analitik və xüsusi proqram təminatının cəlb edildiyi maliyyə auditinə bənzəyir. Nəticə olaraq xidmətinizin təkmilləşdirilməsi üzrə insaytlar konkret iş planı masanızın üstündə olur!
  • 2. Biz Şirkətin 5 Dəyərini üstün tuturuq.
    Bizim dəyərlərimiz – Həqiqət, Mənfəət, Sevgi, Həvəs və Cəsarət – barədə ətraflı məlumat xüsusi səhifədə qeyd olunmuşdur. Burada yalnız bunu qeyd edə bilərik ki, həmin dəyərlərin hər birinə biz çox ciddi və səmimi yanaşırıq. Yaxşı, biz bilirik ki, sizdə sual doğur: niyə məhz Həvəs? Qısaca, Həvəs –yeni işlərə və nailiyyətlərə can atmaq istəyimizdir! Bu, bizi daim motivasiya edir.
  • 3. Biz öz işimizi çox istəyirik.
    Şərh etməyəcəyik – bizim komandamızla ünsiyyətdə olan zaman özünüz hər şeyi anlayacaqsınız.

Dəyişikliklərə hazırsınızmı?

Beləliklə, xidmətin dəyərini bilirsiniz, öz şirkətinizdə işlərin yaxşılaşmasını istəyirsiniz və ən əsası, işə başlamağa hazırsınız.

Amma hələ Toyota, MTS, METRO, Ecco və ya Raiffeisen Bank-a uyğun gələn təklifimizin sizin şirkətinizə xeyir verəcəyinə əmin deyilsiniz.
Fikir eləməyin, bizi və bizim profilimizlə sizin vəziyyətinizin uyğunluğunu yoxlayın. Bunun üçün bizə qonaq gəlmək, zəng etmək və ya bizə email ilə məktub yazmaq olar.
Siz işinizin xarakterinə, müvafiq situasiyalara ən uyğun iş nümunələrimizin siyahısını pulsuz əldə edəcəksiniz.


Hazır olduğunuza əminsiniz!?

Çünki əgər siz 4Service-lə işləməyə başlayırsınızsa, onda formal şəkildə "büdcənin mənimsəilnməsi" mümkün olmayacaq. Biz belə bacarmırıq, hər bir qərar və səy bizi hədəfə aparmalıdır və əvəzi sizin şirkətinizin gəlirlərinin artımıyla ödənilməlidir. In ROI we trust! *
Buna görə də hamı işləməli olacaq. Ümid edirik ki, bizim tövsiyələrimiz uzaq qovluqda gizlənməyəcək, əksinə müntəzəm surətdə reallaşdırılacaqdır. Və bizdə personalı dəyişməyə və sizin müştərilərinizə göstərilən xidməti təkmilləşdirməyə sövq edəcək işlək vasitə və texnologiyalar var. Əgər nəticə üçün mübarizə aparmaq fikrində deyilsinizsə, bizə zəng etməyə dəyməz.
Yadınızda saxlayın: Sizin müştəriləriniz – Sizin ən yaxşı müəllim və məsləhətçilərinizdir! Biz sizə onları dinləməyə kömək edəcəyik. Hamıdan daha yaxşı şəkildə.

* Biz sərmayənin geri qayıtmasına inanırıq!

P.S. Əgər Siz inanmasanız, onları Sizə biz qaytaracağıq! ;)

Ödəniş kartı

Şərqi və Mərkəzi Avropa, Balkanlar, Qafqaz və Mərkəzi Asiya ölkələrində daha çox 350,000 sirr alıcılara.


Azerbaijan
561

Bizim iş haqqında

News

all articles

Ireland achieve a Hat Trick for Smiling! South America great at greeting and sales

Better Business World Wide has released the 2017 Smiling Report, which is now in its 13th year of publication. The report is compiled from information supplied by Mystery Shopping Providers in Asia, Europe, North and South America, and focuses on customer service data from evaluations conducted across a whole spectrum of industries. All information is gathered by mystery shoppers from professional mystery shopping companies that are members of MSPA, the trade organization for mystery shopping providers.

Read more ...

Customer Experience – the strategy of tomorrow

The service institute has undergone the global changes in the recent years. And if it functions effectively on the European and American markets, then in the post-Soviet countries the situation with the service quality is often not right-on. In most cases the business pays not enough attention for the service development.

Read more ...

About market

Xəbərlər

all reviews

NIKOIL Bank «Mystery Shopping» proqramı vasitəsilə xidmət keyfiyyətini yüksəldir

4Service beynəlxalq araşdırma şirkəti bütün qarşılıqlı əlaqə kanallarında göstərilən xidmətin tam mənzərəsini əldə etmək məqsədi ilə Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş ofisi də daxil olmaqla, NIKOIL Bankın filial şəbəkəsində müştərilərə xidmət göstərilməsi keyfiyyətinin qiymətləndirilməsini həyata keçirmişdir. “Gizli alıcıların” tapşırıqlarının spektri: müştərinin qarşılanması, salamlanması, onunla ünsiyyətin qurulması, müştərinin tələbat və prioritetlərinin müəyyən edilməsi, etirazlarla və mübahisəli vəziyyətlərlə iş, müştəri ilə dialoqun sona çatdırılmasından kassirin işinə, işçi heyətinin xarici görünüşü və davranışına qədər kifayət qədər geniş sahələri əhatəli etmişdir. Monitorinqin birinci mərhələsinin nəticələrinə görə NIKOIL Bank şəbəkəsinin ümumi indeksi 100 mümkün baldan 74,06 bal təşkil edir ki, bu da “Kafi” kateqoriyasına müvafiqdir. Bu, NIKOIL Bankın doğru xidmət strategiyasını göstərir və “əla” göstəricisinə nail olmaq üçün yüksək potensialın olduğunu nümayiş etdirir.

Our Clients about us

Şərhlər

все отзывы

Lukoil

"4Service" şirkətini Mystery Shopping xidməti sahəsində mütəxəssis kimi qeyd etmək olar. Agentlik effektiv şəkildə əməkdaşlıq etmək, məsələlərə cəld reaksiya vermək və müştərinin istəyinə uyğunlaşmaq bacarığı olan ixtisaslaşdırılmış kadrlara malik olduğunu sübut etmişdir.

HELEN-MARLEN

Qeyd etmək istərdim ki, "4Service" agentliyi yalnız keyfiyyətli Mystery Shopping xidməti üzrə işlərin paketini təqdim etmir, həm də məsləhətləşmələr keçirir, təlimlər təşkil edir.

Credit Agricole

Öz fəaliyyətində 4Service şirkəti tam olaraq işgüzar əməkdaşlıq və qarşılıqlı razılaşma prinsiplərinə riayət edir.