Onlar sizi tənqid edir, sosial şəbəkələrdə dağıdıcı postlar yazır, yaxud dostlarına zəng edərək sizi çox tərifləyir və ya evdə yoldaşları ilə hiddətlərini bölüşürlər. Bir çox hallarda isə – sadəcə bütün bu emosiya və şikayətlərini içlərində boğur və nəticə kimi iki hərəkətdən birini edirlər; ya geri qayıdırlar,ya da bir daha gəlmirlər. Onlar – sizin müştərilərinizdir.
4Service şirkəti artıq 17 ildir ki, araşdırma və müştərilərlə işə dair təcrübənin yaxşılaşdırılmasıyla məşğuldur. Bizim minlərlə gözümüz və qulağımız var. Daha dəqiq desək, əlimizin altında öz müştəri təcrübəsinin daha yaxşı olmasını istəyən 500 000 sadə insan var. Biz hər yerdəyik: 29 dildə danışırıq və dünyanın 52 ölkəsində fəaliyyət göstəririk. Bizdə güclü analitik mərkəz var, sizin haqqınızda və biznesiniz barədə ictimai rəydə hər bir dəyişikliyi izləyirik.
Yeganə bir məqsədlə – xidmətiniz sizdən razı müştərilərin sayını artırsın və biznesiniz çiçəklənsin. Və əgər siz də bizim kimi müştərilərin sədaqətinin istənilən biznesin əsas kapitalı olduğuna inanırsınızsa,, 4Service laboratoriyasına xoş gəlmisiniz!
Burada yaxşı şirkətlər daha mükəmməl olur. Çünki biz sizə müştərinizin yerində olmağa, özünüzü müştəriniz kimi hiss etməyə, onun istəyini öyrənməyə və onu xoşbəxt etməyə kömək edirik.
Biz, birinci olaraq uzaq 2001-ci ildə postsovet məkanında "mystery shopping" xidmətini təklif edən uşaqlarıq. Bu vaxt ərzində bizim Gizli Alıcılarımız fastfudlardan beynəlxalq banklara qədər müxtəlif sahələrdə 1 milyon 150 min qiymətləndirmə həyata keçiriblər 4Service yalnız Rusiya və MDB ərazisində ən böyük şirkət olmadı, həm də Avropa Birliyində müvəffəqiyyətlə böyüməkdədir. Biz Avropa Mystery Shopping Provayderləri Asossiasiyasın - MSPA-in üzvüyük və daim işi ən yaxşılardan öyrənirik.
Amma hələ Toyota, MTS, METRO, Ecco və ya Raiffeisen Bank-a uyğun gələn təklifimizin sizin şirkətinizə xeyir verəcəyinə əmin deyilsiniz.
Fikir eləməyin, bizi və bizim profilimizlə sizin vəziyyətinizin uyğunluğunu yoxlayın. Bunun üçün bizə qonaq gəlmək, zəng etmək və ya bizə email ilə məktub yazmaq olar.
Siz işinizin xarakterinə, müvafiq situasiyalara ən uyğun iş nümunələrimizin siyahısını pulsuz əldə edəcəksiniz.
* Biz sərmayənin geri qayıtmasına inanırıq!
Şərqi və Mərkəzi Avropa, Balkanlar, Qafqaz və Mərkəzi Asiya ölkələrində daha çox 350,000 sirr alıcılara.
A recent study by the 4Service Group shows what the Romanians think about school stationery discounts
Read more ...Romanian tourism has evolved much in recent years. And hotels, especially the 4 and 5 stars, are making considerable efforts to meet the tourists' claims. A study by the market research company 4Service Romania, on 42 hotels from us, reveals the Romanians' opinion about the services of the hospitality industry.
Read more ...4Service beynəlxalq araşdırma şirkəti bütün qarşılıqlı əlaqə kanallarında göstərilən xidmətin tam mənzərəsini əldə etmək məqsədi ilə Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş ofisi də daxil olmaqla, NIKOIL Bankın filial şəbəkəsində müştərilərə xidmət göstərilməsi keyfiyyətinin qiymətləndirilməsini həyata keçirmişdir. “Gizli alıcıların” tapşırıqlarının spektri: müştərinin qarşılanması, salamlanması, onunla ünsiyyətin qurulması, müştərinin tələbat və prioritetlərinin müəyyən edilməsi, etirazlarla və mübahisəli vəziyyətlərlə iş, müştəri ilə dialoqun sona çatdırılmasından kassirin işinə, işçi heyətinin xarici görünüşü və davranışına qədər kifayət qədər geniş sahələri əhatəli etmişdir. Monitorinqin birinci mərhələsinin nəticələrinə görə NIKOIL Bank şəbəkəsinin ümumi indeksi 100 mümkün baldan 74,06 bal təşkil edir ki, bu da “Kafi” kateqoriyasına müvafiqdir. Bu, NIKOIL Bankın doğru xidmət strategiyasını göstərir və “əla” göstəricisinə nail olmaq üçün yüksək potensialın olduğunu nümayiş etdirir.
"4Service" şirkətini Mystery Shopping xidməti sahəsində mütəxəssis kimi qeyd etmək olar. Agentlik effektiv şəkildə əməkdaşlıq etmək, məsələlərə cəld reaksiya vermək və müştərinin istəyinə uyğunlaşmaq bacarığı olan ixtisaslaşdırılmış kadrlara malik olduğunu sübut etmişdir.
Qeyd etmək istərdim ki, "4Service" agentliyi yalnız keyfiyyətli Mystery Shopping xidməti üzrə işlərin paketini təqdim etmir, həm də məsləhətləşmələr keçirir, təlimlər təşkil edir.
Öz fəaliyyətində 4Service şirkəti tam olaraq işgüzar əməkdaşlıq və qarşılıqlı razılaşma prinsiplərinə riayət edir.