4Service-dən Bençmarkinq – rəqibi tanımaq və onu ötmək üçün real fürsətdir

Alış-veriş zamanı adi insan müxtəlif satıcı və şirkətlərin mal və xidmətlərini müqayisə edərək daha uyğun variant seçir. Razılaşın ki, bu, olduqca ağıllı hərəkətdir. Bir çox biznes sahibləri də anoloji olaraq öz mal və ya xidmətlərini rəqiblərin təklifləri ilə müqayisə edirlər.

Bazarın digər iştirakçılarının güclü və zəif tərəflərini dəqiq müəyyən etməyə, bu müstəvidə öz mövqeyinizi müəyyənləşdirməyə imkan verən xüsusi xidmət 4Service-dən bençmarkinqdir.

Rəqibi öyrənmək nəyə gərəkdir

Bençmarkinq eyni zamanda bir neçə çox əhəmiyyətli məsələni həll etməyə qadirdir:

  1. Rəqibinizin işlərinin vəziyyəti haqqında ətraflı məlumat vermək.
  2. Sizin ticarət nöqtələrinizdəki xidmət keyfiyyətini başqa mağazalarda oxşar xidmətlə müqayisə etmək.
  3. Сравнить качество обслуживания в ваших торговых точках и в других магазинах с аналогичным товаром.
  4. Xidmət üstünlüklərinin ardıcıllığı və lazımi mövqelərə çatması üzrə müvəffəqiyyətli makro-keys formalaşdırmaq

Bençmarkinq sizin üçün real təsəvvür formalaşdırır və müvafiq insayder məlumatları verir:

personalın bacarıq səviyyəsi haqqında;

müştərilərə xidmətin sürəti haqqında;

əməkdaşların satışa istiqamətlənməsi haqqında;

satıcıların xoş münasibəti və nəzakəti haqqında.

Bençmarkinqin keçirilməsi haqqında düzgün tərtib olunmuş hesabat – satış həcmlərinin, alıcıların loyallığının artırılması və buraxılmış səhvlərin operativ düzəldilməsi üçün çox gözəl vasitədir.

4Service-dən bençmarkinq 100% işə necə yarayır

Rəqiblərlə sizin ticarət obyektlərinizdə xidmət keyfiyyətini real müqayisə etmək üçün "düşmən düşərgəsindən" ətraflı informasiyaya malik olmaq lazımdır. Qısa vaxtda onları əldə etmək–çoxlu sayda insan resurslarının cəlb edilməsini tələb edən ən vacib məsələdir.

4Service şirkəti belə işlərin öhdəsindən asanlıqla gəlir, çünki bizdə lazımi insan resursları var. 300 000 gizli alıcı istənilən vaxt rəqibin ticarət obyektlərinin “iç üzünü açmağa” hazırdır. Təlim keçmiş və dəqiq iş planı ilə təchiz edilmiş əməkdaşlarımız sizə sirli qalan bütün məsələləri müəyyən edəcək, hər şeyi xırdalıqlarına qədər öyrənəcək, maksimal dərəcədə ətraflı məlumat verəcəklər.

Rəqiblərin öyrənilməsində bizim köməyimiz – sizin biznesinizə real xeyir gətirəcəkdir. Bençmarkinqin nəticələrini müqayisə edərək xidmətin səviyyəsi haqqında həqiqəti öyrənəcəksiniz. Bizim gizli alıcılarımız sizin müvəffəqiyyətə nail olmaq üçün ən cəsarətli addımlar atmağınıza kömək edirlər.

4Service-in bençmarkinq xidmətindən istifadə etdikdə siz rəqiblərinizin bütün güclü və zəif tərəflərini bilərək onların üzünə cəsarətlə baxacaqsınız. Həmişə məsuliyyətli qərarların qəbulunda onları qabaqlayacaq və nəticədə alıcı uğrunda mübarizədə qeyd-şərtsiz qalib gələcəksiniz.

Rəqiblərin necə işlədiklərini bilmək istəyirsiniz? – Biz lazımı informasiyanı əldə edərik!

Biznesin imicini yüksəltmək arzusundasınız? – Biz kömək edərik!

Alıcıların loyallığını artırmaq niyyətindəsiniz? – Sizdə belə imkan yaranacaq!

Share in the name of the best service: