4Service-in canlı çağrı mərkəzi – müştərilərlə qüsürsuz ünsiyyət sizin etibarınızı yüksəldir!

Çağrı mərkəzi yaratmağı düşünərkən biz uzun müddət bu növ xidmətlərdən istifadə zamanı öz təcrübələrimizi təhlil etdik. Bir sıra fokus-qrup, daxili sorğular həyata keçirərək heç birimizin xoşuna gəlmədiyi məqamı – robotu aşkar etdik. Bəli,bəli, düzgün anladınız. Bu hiss hamıya tanışdır, sənə hər hansı bir sorğu ilə bağlı zəng edirlər və sən birdən başa düşürsən ki, canlı insanla deyil maşınla, yaxud skriptlərə və müəyyən nitq modulları ilə çərçivələnmiş insanla danışırsan və bu zaman adam belə danışığı davam etdirmək istəmir.

Buna görə, bizdə canlı çağrı mərkəzi konsepsiyası meydana çıxdı. Biz standart skript, şablon söz və modullardan istifadə etmirik. Biz respondent ilə ünsiyyəti maksimal dərəcədə fərdiləşdirərək çərçivə yanaşmasından ayrılmağa və vəziyyətə uyğun hərəkət etməyə imkan verən məqamları inkişaf etdiririk.

Biznesin inkişafı üzrə gündəlik iş ticarət şirkətinə xeyir gətirir. Satış həcmləri böyüyür, loyal müştərilərin sayı artır. Amma xidmətlə bağlı bir çox cari problemlər tez-tez rəhbərliyin diqqətindən kənarda qalır. Bir çox hallarda alıcılarınız ticarət obyektini tam razı şəkildə tərk etmir. Bacarıqlı rəqib belə müştəriləri asanlıqla ələ keçirə bilər. 4Service çağrı mərkəzi işlərin həqiqi vəziyyətini aydınlaşdırmağa və etibarınızı yaxşılaşdırmağa imkan verir.

Canlı çağrı mərkəzi necə işləyir

Call Centre 4Service – sorğuların keçirilməsi üçün effektli vasitədir. Diqqətlə seçilmiş əməkdaşlar insanlarla ünsiyyət üçün xüsusi təlim keçirlər. Onlar tədqiqatın keçirilməsi zamanı ssenaridəki rolun məharətlə ifa edir, hər bir respondentə fərdi yanaşma tətbiq edir, alıcılarla şirkət arasında keyfiyyətli əks əlaqəni təmin edirlər.

Çağrı mərkəzinin əsas işi – müştəridən lazımi informasiyanı əldə etməkdir. Sorğunun keçirilməsinin konkret məqsədləri əsaslı şəkildə fərqlənə bilər: aksiyaların keçirilməsi haqqında xatırlatmadan başlayaraq yeni məhsul haqqında insanların fikrinin müəyyənləşdirilməsinə qədər. Bir çox hallarda respondentlərlə sorğu aparılan zaman çağrı mərkəzinin əməkdaşı eyni zamanda bir neçə vəzifəni yerinə yetirir.

Çağrı mərkəzinin iş planı hər bir sifarişçi üçün fərdi qaydada tərtib edilir. Sizin istəkləriniz nəzərə alınır və 4Service-in təcrübəli mütəxəssislərinin tövsiyələri təklif olunur. Plan ətraflı müzakirə olunduqdan sonra çağrı mərkəzinin əməkdaşlarına layihənin xüsusiyyətləri öyrədilir və onlar qoyulmuş məsələlərin mənimsənilməsi üzrə yoxlamadan keçirlər.

4Service çağrı mərkəzinin üstünlükləri

Tədqiqatların keçirilməsi üçün 4Service-in "canlı" çağrı mərkəzindən istifadə sifarişçiyə əhəmiyyətli üstünlüklər verir:

Real işlərin vəziyyəti haqqında doğru məlumat. Çağrı mərkəzinin peşəkar respondentlərdən əldə etdiyi informasiya xidmət zamanı buraxılmış səhvləri aşkar etməyə və onları aradan qaldırmağa imkan verir.

Artım şəklində mənfəət. Sorğu məlumatlarına operativ reaksiya verərək siz yerlərdə vəziyyəti dəyişdirirsiniz. Razı qalmış müştərilərin sayı artır.

Müştərilərin sevgisi və onların loyallığının artımı. Sorğuların keçirilməsindən sonra xidmətin keyfiyyətinin yaxşılaşması müştərinin biznesinizə münasibətini yaxşılığa doğru dəyişdirir.

Ən iddialı layihələrin reallaşdırılması üçün cəsarət. Alıcı ilə keyfiyyətli əks əlaqədən istifadə edərək, siz həyata ən cəsarətli addımları həyata keçirir və rəqibləri geridə qoyursunuz.

Qiymətləndirmədə böyük həvəs. Bizdə xidmətin maya dəyərini maksimal dərəcədə optimallaşdırmağa şərait yaradacaq imkan və resurslar var, buna görə də biz rəqiblərimizdən daha güclü və daha maraqlıyıq.

4Service çağrı mərkəzi müştərilərlə dialoqunuzu maksimal effektli edir. Bizim əməkdaşlarımızla ünsiyyətdən sonra narazı müştəri loyal olur. Sadə insanlar üçün yaradılmış biznesinizin şöhrəti artır və siz elə onların gözündə yüksəlmiş olursunuz.

Müştərilərinizdən həqiqəti bilmək istəyirsinizmi? – Müraciət edin!

İddialı layihə həyata keçirmək fikrindəsiniz? – Onu həyata keçirməyə kömək edərik!

Xidmət səviyyəsini yaxşılaşdırmaq arzusundasınız? – Bu Call Centre 4Service ilə çox asandır!

Share in the name of the best service: