4Service (konsaltinq)məsləhətləşməsi – əvəzolunmaz təcrübə və ən yaxşı dünya təcrübələri sizin üçün işləyir!

Bazarda praktik marketinq tədqiqatlarının nəticəsi adətən xidmətin səviyyəsini, müştərilərin loyallığını və ya personalın motivasiya dərəcəsini müəyyən edən real rəqəmlər olur. Amma rəqəmlər mahiyyət etibarilə yalnız faktı müəyyən edir. Alınmış məlumatların xeyir verməsi üçün konkret tədbirlər görmək lazımdır. Bu çətin işi 4Service-in əməkdaşları və konsaltinqi effektiv həll edir.

4Service-dən konsaltinq xidmətlərinin faydası

Yaxşılığa doğru dəyişikliklərin praktik olaraq reallaşdırılması 4Service-in konsaltinq proqramının əsas məqsədidir. Xidmətlərimiz əsas istiqamətləri:

xidmətin səviyyəsinin yaxşılaşdırılması;

personalın işə daha çox cəlb olunması;

müştərinin loyallığının artırılması;

satış səviyyəsinin artırılması.

4Service konsaltinq korporativ şəbəkənin hər bir ticarət obyektində işlərin vəziyyətini dəqiq müəyyən edən Gizli Alıcı proqramının reallaşdırılmasının davamıdır.

Biz necə işləyirik

4Service-in konsaltinq xidmətlərinin keyfiyyətli reallaşdırılması üçün biz bir neçə istiqamət üzrə hərəkət edirik :

  1. Xidmətin yüksək standartlarını hazırlayaraq təcrübədə tətbiq edirik.
  2. Gizli Alıcı proqramının keçirilməsi zamanı alınmış nəticələri təhlil edirik və yaxşılaşdırırıq.
  3. Əməkdaşların Gizli Alıcı proqramından istifadəsi zamanı maneələrin öhdəsindən gəlməsinə kömək edirik.
  4. Motivasiyanın və personalın işə cəlb olunmasının təsirli sistemlərini hazırlayırıq.
  5. Diqqəti həmçinin Gizli Alıcı proqramının köməyi ilə satışların stimullaşdırılmasına yönəldirik.

Dəyişikliklərə regional rəhbərlərin münasibətini yaxşılaşdırmaq üçün xüsusi seminarlar keçiririk. Bu təlimlər zamanı konkret vəziyyətə uyğun olan ən yaxşı dünya təcrübələri istifadə olunur.

Şirkətimizin işinin təməlini korporativ dəyərlərimiz təşkil edir:

Sevgi. Biz öz işimizi və sifarişçiləri sevirik, buna görə də sizə xidməti yaxşılaşdırmağa həvəslə kömək edirik.

Mənfəət. Tədqiqat və konsultasiyalar dəqiq praktik istiqamətə malikdir. Yalnız belə yanaşma sizə maksimal xeyir gətirir.

Həqiqət. Biz yalnız yerinə yetirə biləcəyimiz vədləri veririk.

Böyük həvəs. Praktik tövsiyələrlə bölüşmək həvəsi bizi rahat buraxmır. Bütün mövcud biliklərimizi biz sifarişçilərə həvəslə ötürürük.

Cəsarət. O bizə asanlıqla həll olunan cəsarətli layihələri reallaşdırmaq üçün lazımdır.

4Service-dən konsaltinq xidmətinizin keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli əməkdaşlıqdır. Bizimlə satış, strateji planlaşdırma və biznesin effektiv qurulması sahəsində ən yaxşı dünyəvi təcrübələrin həyata keçirilməsi mümkün olur, istənilən qərarların tətbiqini isə biz planetimizin hər yerində həyat keçirilmiş uğurlu təcrübə bazası ilə əsaslandırırıq. Bizə qoşulun!

Xidmətin yaxşılaşdlrılması üçün savadlı məsləhətlər lazımdır? – Müraciət edin!

İdarəetmə proseslərini optimallaşdırmaqmı istəyirsiniz?– Biz kömək edərik!

Personalı maksimal loyal etmək niyyətindəsiniz? – Bunu 4Service-lə etmək asandır!

Share in the name of the best service: