Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Distribution check

Distribution check –ticarət şəbəkəsində malları real­ izləməyin effektiv üsuludur

Mağaza rəflərində mal təklif olunmadan onun satışına və biznesin uğurlu inkişafına bel bağlamaq son dərəcə çətindir. Müəssisələrin savadlı və məsuliyyətli rəhbərləri həmişə bu məsələyə xüsusi diqqət ayırırlar. Ticarət şəbəkəsində öz məhsulunun vəziyyətini izləmək üçün bizim daimi partnyorlarımız vaxtaşırı 4Service şirkətində Distribution check sifariş edirlər. Araşdırmanın nəticələri böyük miqdarda doğru və faydalı məlumatlar verir.

Yerlərdə distribution check necə keçirilir

Distribution check iki üsulla həyata keçirilə bilər:

Açıq şəkildə. Rəflərdə malların mövcudluğu açıq şəkildə auditor tərəfindən qeydiyyata alınır, ticarət obyektinin personalı bu işdə öz köməkliyini göstərir.

Qapalı şəkildə. Audit gizli keçirilir, mağaza əməkdaşları məlumatın toplanmasına mane olurlar.

Malların qapalı monitorinqi daha çox rəqib məhsullarının tədqiqatı zamanı tətbiq edilir. Açıq audit ticarət şəbəkəsində şəxsi malların tədqiqatı zamanı daha çox istifadə olunur.

Distribution check-dən istifadənin xeyri nədən ibarətdir

Distribution check pərakəndə satış şəbəkəsində malların təklif olunmasının real vəziyyətini təsvir etməyə imkan verir. Auditor çeşiddə boşluqları, piştaxtalarda sizin məhsulunuzun keyfiyyətsiz düzülüşü və ya tamamilə mövcud olmaması hallarını aşkar edir.

Əldə edilmiş informasiya malınızın satışının yaxşılaşması üçün çox gözəl vasitədir. Auditin gedişatında aşkar edilmiş çatışmazlıqlar qısa müddətə aradan qaldırılmalıdır. Konkret tədqiqat məlumatlarına malik olaraq istehsalçının ticarət partnyorundan vəziyyətin düzəldilməsi üçün aktiv tədbirlər görülməsini tələb etmək imkanı var.

Distribution check satış nümayəndələrinin, merçandayzerlərin, satıcıların tamamlanmamış işlərini aşkar edir. Belə audit onları öz vəzifələrinin icrasına daha ciddi yanaşmağa sövq edir və ticarət partnyorlarının işi üçün çox yaxşı stimuldur.

4Service-dən marketinq tədqiqatları bizim sevimli sifarişçilərimiz üçün faydalı işdir. Biz sizə malın təqdimatı barədə həqiqəti bilməyə kömək edir, mürəkkəb monoton işi operativ yerinə yetiririk. Əməkdaşlarımız cəsarət və həvəslə işə başlayaraq yerlərdə lazımi informasiyanı toplayırlar. Onların uzaqgörən peşəkar baxışı ən kiçik məqamları qeydə alır. Buna görə də müştərilərimizin 100% -i marketinq tədqiqatlarını bizdə təkrar sifariş edirlər.

Pərakəndə satış obyektlərində malın düzülüşünü qiymətləndirmək istəyirsiniz? – Biz kömək edərik!

Mağazalarda məhsulun təqdimatı barədə real məlumatlar lazımdır? – Biz onları təqdim edərik!

Merçandayzer və satıcıların işini yoxlamaq niyyətindəsiniz? – 4Service-ə müraciət edin!

Share in the name of the best service: