Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Bağlılığın dəyərləndirilməsi

4Service-dən cəlb etmə səviyyəsinin qiymətləndirilməsi – proqressiv dəyişikliklərin tətbiqi üçün real yardım vasitəsidir!

Əlbəttə ki, istənilən sahibkar üçün biznesin daimi inkişafına ehtiyac var. Həmişə onun başında tez bir zamanda təcrübədə reallaşdırılması tələb olunan yeni ideyalar yaranır. Amma TOP-menecerlərdən başqa hər bir şirkətdə çoxlu sayda sıravi işçilər işləyir. Onlar ümumi personalın 80%-dən çox hissəsini təşkil edirlər. Sürət və dəyişikliklərin həyata keçirilməsinin dəqiqliyi bu insanların işə cəlb edilmə səviyyəsindən birbaşa asılıdır.

Personalın cəlb edilmə səviyyəsini nə üçün ölçmək lazımdır

Adi işçilərin motivasiyası biznesinizin müvəffəqiyyətini müəyyən edən bir çox əhəmiyyətli amillərə təsir edir:

xidmətin səviyyəsinə;

satış həcmlərinə (orta satış həcminə);

müştərilərin loyallığına.

İşə ürəklə cəlb edilmiş əməkdaş həvəslə öz vəzifələrini icra edir. Onun müştəriyə yönəldilmiş təbəssümü səmimidir. Belə işçi yeni şeylər öyrənməyə, öz şirkətinin imicini hər cür irəli çəkməyə, sağlam təşəbbüs göstərməyə hazırdır.

Alıcılar həmişə belə yanaşmanı hiss edirlər. Məhz adi əməkdaşın davranışına görə insanlar sizin şirkətiniz haqqında fikir formalaşdırır. Konkret məhsulun və sizin xidmətinizin üstünlüklərindən maraqla danışan menecer sayəsində onlar bu məhsul və ya xidməti əldə edirlər.

4Service-dən işə cəlb olunmanın qiymətləndirilməsi necə çalışır

Əməkdaşlarınızın işə real cəlb olunma səviyyəsini qiymətləndirmək üçün 4Service şirkəti xüsusi proqram yaratdı. Burada biz bütün mümkün vasitələrdən istifadə edirik:

    1. Ticarət nöqtələrində xidmətin keyfiyyətini araşdıran və analiz üçün məlumatları təqdim edən 300 000 gizli alıcı.
    2. Adi əməkdaşların sorğusu üçün motivasiya və işə cəlb olunmanın səviyyəsini aydınlaşdırmağa imkan verən xüsusi hazırlanmış anketlər.
    3. Əldə edilmiş məlumatları təhlil etmək və cəlb etmənin artırılma üsullarını təklif etmək qabiliyyətinə malik mütəxəssislərimizin təcrübəsi.

4Service-dən işə cəlb olunmanın qiymətləndirilməsi dəqiq praktik əhəmiyyətə malikdir. İşçilərin motivasiyasının real səviyyəsi haqqında məlumata malik olmaq, onların yaxşılaşması üçün konkret tövsiyələrin hazırlaması və onların təcrübədə həyata keçirilməsi sizə xeyir gətirir. Bizimlə mütərəqqi dəyişiklikləri tətbiq etmək və biznesdə yeni uğurlar əldə etmək daha da asanlaşır.

Əməkdaşlarınızın işə cəlb olunma səviyyəsini bilmək istəyirsinizmi?– Biz sizə düzgün məlumatları təqdim edərik!

İşçilərin motivasiyasını yüksəltmək niyyətindəsiniz?– Bizdə bunun üçün effektiv vasitələr var!

Xidmətin keyfiyyətini yüksəltməyi planlaşdırırsınız?– Biz bunu tez bir zamanda həyata keçirməyə kömək edəcəyik!

Share in the name of the best service: