Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Guest Track

4Service-dən GuestTrack – müştərinin loyallığının idarə olunması üçün unikal onlayn portal

Bu gün demək olar ki, bütün şirkətlər müştəri məmnunluğu, onların loyallığı və markaya bağlılığının ölçülməsi üçün əllərindən gələni edirlər. Hələ ki, bu proses kifayət qədər xaotikdir – sizə şikayət kitabları, sosial şəbəkələr, müvafiq yerlərdə qeyd etdiyiniz əlaqə vasitələri və müştəri ilə digər qarşılıqlı əlaqə kanalları ilə yüzlərlə rəy gəlir. Bütün bu məlumatların ümümiləşdirilməsi üçün çox az zaman var, axı əl ilə analitika hazırlanmasına sərf olunmuş hər bir saniyə sizi müştərinin loyallığının itirilməsi təhlükəsi qarşısında qoyur, nəticələr rəqəmsallaşdırılmadan isə xidmət strategiyasını qurmaq kifayət qədər çətindir. Məhz məlumatların uzun zaman tələb edən əl ilə təhlili və və dinamikanın aydın təsvirinin olmaması səbəbindən, Siz müştərilərinizin etibarını və şirkətinizin imicini təhlükə altına qoyursunuz.

Müştərinin loyallığının ölçülməsi – istənilən kommersiya şirkətinin ən vacib məsələlərindən biridir. Bu məqsədlə mürəkkəb marketinq tədqiqatları həyata keçirilir, ən yeni strategiyalar işlənir və tətbiq olunur, sosial sorğular keçirilir və onların əsasında seçim aparılır.

4Service müştərilərin loyallığının ölçülməsi, idarə olunması və hesablanmasına tamamilə fərqli yanaşma– GuestTrack onlayn portalı təklif edir.

GuestTrack necə işləyir

Ticarət obyektinndə olmuş hər bir müştəri öz təəssüratlarıyla bölüşmək arzusunda olur:

xidmətin keyfiyyəti haqqında;

obyektdə onlar tərəfindən nəzərə çarpan çatışmazlıqlar haqqında;

xidmət zamanı işçi heyəti tərəfindən buraxılmış səhvlər haqqında

Korporativ şirkətin rəhbəri üçün çox qiymətli olan bu informasiya adətən boş yerə sərf olunur. Əlavə təfərrüatlarla zənginləşərək , o, tanışlara, dostlara və qohumlara ötürülür. Bu eşidilənlər əsasında isə insanların sizin şirkətiniz haqqında təsəvvürləri formalaşır. Çox vaxt bu təsəvvürlər şirkət rəhbərliyinin fikrindən əsaslı şəkildə fərqlənir.

4Service ideyası olduqca sadədir. Biz xüsusi məhsul – GuestTrack onlayn portalı yaratdıq. Burada müştərilər sizin şirkətinizlə əməkdaşlığa dair öz təcrübələri ilə bölüşürlər.

GuestTrack müştəri üçün çox rahatdır, çünki:

hər bir ziyarətçi üçün gecə-gündüz "burada və indi" rejimində işləyir;

əlçatandır və bütün müştəri qruplarını əhatə edir;

aydın intuitiv interfeysə malikdir;

olayn rejimində adi insanla rəhbərlik arasında qarşılıqlı əlaqəni təmin edir.

Siz vasitəçilər olmadan birinci əldən ticarət obyektində işlərin vəziyyəti haqqında informasiya alırsınız. Yaranmış vəziyyətə dərhal reaksiya vermək və səhvlərin aradan qaldırması istiqamətində tədbir görmək üçün unikal imkan əldə edirsiniz.

GuestTrack nə üçün lazımdır

GuestTrack portalının imkanlarından istifadə sizin şirkətinizin rəhbərliyini konkret üstünlüklərlə təmin edir:

  1. Siz həqiqəti öyrənirsiniz. Adi insanlar sizə kütləvi şəkildə ticarət mərkəzlərində xidmətin səviyyəsi haqqında düzgün informasiya çatdırırlar.

  2. Siz real mənfəət əldə edirsiniz. Back office xidmətin rəqəmsallaşmış nəticələri ilə sizin əlinizdə olacaq. Biznesinizdə işlərin vəziyyəti haqqında ətraflı məlumat əldə edərək düzgün nəticələr çıxarmaq və buraxılmış səhvləri düzəltmək sizin üçün daha asan olacaq.

  3. Siz müştəriyə sevgi bəxş edirsiniz. Sizinlə qarşılıqlı əlaqənin effektiv formatı sayəsində alıcı şəxsi əhəmiyyətinə əmin olur və sizə qarşı daha loyal olur.

  4. Siz informasiya qıtlığının qarşısını alırsınız. Şirkəti kor-koranə idarə etmək əvəzinə siz strategiyanızı alıcılardan alınan real məlumatlar əsasında formalaşdırırsınız.

  5. Siz maksimal dərəcədə loyal müştəri əldə edərək rəqibləri məharətlə geridə qoyursunuz. Bəs necə, axı sizin əlinizdə unikal vasitə – GuestTrack var!

  6. Siz xidmət üzrə məsələləri “qapalı dairəyə” salırsınız. Sistem vəzifələri müəyyən edərək bir “kliklə” onları cavabdeh şəxslərə yönləndirməyə və hər hansı bir problemin həllinə dair vəziyyəti daim nəzarətdə saxlamağa imkan verir.

GuestTrack portalı sizin üçün müştəri məmnunluğunu idarə etmək, müştərilərinizin fikirləri əsasında xidmətə dair hədəfləri və gələcək strategiyanızı müəyyən etmək istiqamətində çox gözəl imkanlar yaradır.

Bu məhsuldan istifadənin rahatlığı ticarət obyektlərində xidmətin səviyyəsinə nəzarəti sizin üçün xoş və səmərəli edir. Bizim də dəstəyimizlə təsirli tədbirlər görmək və səhvləri aradan qaldırmaq çox asanlaşır.

Sizə loyal müştəri lazımdırmı?– Zəng edin!

Real informasiyaya ehtiyacınız var?– Bizə müraciət edin!

Xidmətin səviyyəsini yaxşılaşdırmaq istəyirsiniz?– Biz kömək edərik!

Share in the name of the best service: