Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Bazar araşdırması

4Service-dən bazarın araşdırılması xidməti – problemlərin və biznesinizin zəif yerlərinin real şəkildə üzə çıxarılmasıdır

Bütün sahibkarlar biznesin müvəffəqiyyətli inkişafı üçün bazarın araşdırılmasına ehtiyac olduğunu çox gözəl bilirlər. Amma yalnız bəzi şirkətlər bu işin vaxtaşırı keçirilməsi ilə qürurlana bilər. Bunun üçün çox sayda səbəb gətirmək olar: təlim görmüş əməkdaşların çatışmazlığı, respondentlərin etibarlı bazasının yoxluğu, məlumatları analiz etmək və ümumiləşdirmək bacarığının olmaması. 4Service mütəxəssisləriaraşdırmaların həyata keçirilməsində sizin üçün lazımi informasiyanı operativ və keyfiyyətli şəkildə toplamaqda yardım göstərirlər.

Araşdırmaları niyə keçirirlər

Marketinq tədqiqatları – bazarın vəziyyətini, burada sizin mövqeyiniz və zəif yerlərin təyin olunması üçün əhəmiyyətli. Əvvəlcədən hazırlanmış anketlərdən istifadə etməklə telefon sorğusu zamanı çox gözəl nəticələr əldə olunur.

Tədqiqat obyekti bir-birindən tamamilə fərqli suallar ola bilərlər:

seqment çərçivəsində konkret markadan insanların məmnunluğu;

ticarət markasının tanınması;

auditoriya seçiminin əsas meyarlarının müəyyən olunması;

müştərilərin loyallıq səviyyəsi;

ticarət obyektində xidmət keyfiyyəti və başqa vacib aspektlər.

Telefon sorğusunun köməyi ilə keçirilən tədqiqatlar canlı şəxsi ünsiyyətlə müqayisədə bir sıra danılmaz üstünlüklərə malikdir:

  1. Eyni zamanda geniş ərazidə keçirilməsinin mümkünlüyü.
  2. Ezamiyyətlərə xərclərin azalması ilə tədqiqatların daha ucuz başa gəlməsi.
  3. Məlumatların anında əldə olunması və işlənməsi.
  4. Sorğu keçirən əməkdaşların hərəkətlərinə tam nəzarət.

Niyə 4Service tədqiqatları həmişə effektlidir

4Service şirkəti məmnuniyyətlə sifarişçilər üçün bazarın araşdırılması işini yerinə yetirir. Bizim sərəncamımızda hazır mütəxəssislərin çalışdığı "canlı çağrı mərkəzi" var. Sorğunun keçirilməsindən əvvəl onlardan hər biri əlavə təlim keçir və işə hazırlıq üzrə test imtahanı verir.

Sorğunun gedişatında alınmış məlumatlar dərhal sayta qeyd edilir və analiz üçün hazırlanır. Tədqiqatları sifariş etmiş şirkət rəhbərliyi üçün vəziyyəti təhlil etmək və real zaman rejimində çatışmazlıqları düzəltmək imkanı yaranır.

ABŞ-da hazırlanmış xüsusi proqram təminatı SHOPMETRICS doldurulmuş anketləri operativ emal etməyə, müxtəlif meyarlar (boy, yaş, sosial status, yaşayış yeri) üzrə təhlil aparmağa imkan verir. Onunla işləmək çox rahatdır.

4Service-dən bazarın araşdırılması – biznesin inkişafında təsirli vasitədir. Tərəfimizdən keçirilən telefon sorğuları konkret problemlərə uyğunlaşdırılır və mövcud problemləri aşkar edir. Siz həqiqəti öyrənir və şəxsi biznesin real vəziyyətini qiymətləndirmək imkanı əldə edirsiniz. Biz məmnuniyyətlə ən cəsarətli layihələrin icrasını öhdəmizə götürür, sizə sevgiylə yanaşır və sizə xeyir veririk.

İnsanların konkret məhsula münasibətini bilmək istəyirsinizmi? – Biz kömək edərik!

İnsanlar sizin malınızı niyə həvəssiz aldığını bilmək istəyirsiniz?– Biz dəqiq cavabı verərik!

Alıcıların ticarət markanıza nə qədər loyal olması sizə maraqlıdır? – Biz sizə real məlumatları verəcəyik!

Share in the name of the best service: