Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Merçandayzinq

4Service-dən Merçandayzinq – malın seçimi zamanı alıcı üçün maksimal rahatlıq

Müasir alıcı olduqca tələbkar və şıltaqdır. Niyə də olmasın?! Axı istənilən şəhərdə oxşar malları olan və onun gəlişinə həmişə sevinən çoxlu sayda mağaza mövcuddur. Müştərinin etibarını qazanmaq üçün ticarət obyektini malla doldurmaq kifayət eləmir. İstehsalçı və satıcı tərəfindən əlavə səy göstərmək lazımdır. Bu istiqamətdə ticarət obyektlərinin düzgün tərtibatı üzrə tədbirlər kompleksi – merçandayzinq çox effektiv vasitədir.

Merçandayzinq istehsalçıya nə verir

İstehsalçı üçün onun malının hər modeli unikaldır və alıcının diqqətinə layiqdir. Əsas alıcının gözündə isə hər şey başqa cür görünür – mağazaların rəfləri görünüşcə bir-birini bənzəyən məhsul, məişət texnikası və ya mobil telefonla doludur.

Malınız adi insanın diqqətini cəlb etsin deyə onu gözəl şəkildə təqdim eləmək, çoxlu sayda digər oxşar mallardan seçilməsini təmin etmək lazımdır. Bu işin öhdəsindən merçandayzinq əla gəlir.

Mağazada malın düzgün yerləşdirilməsi alış-veriş zamanı müştəriyə maksimal rahatlığı təmin etməlidir. Mal diqqəti cəlb etməli, ən yaxşı yerdə olmalı, yanaşı qoyulan rəqib malların qiymət diapazonuna uyğun olmalıdır.

Merçandayzinq həmçinin istehsalçının və malın yerləşdirildiyi ticarət obyektinin imicinin yaxşılaşmasına səbəb olur.

Sifarişçilərə 4Service-dən merçandayzinq niyə daha uyğundur

4Service-dən merçandayzinq müəyyən şeyləri təmin etdiyi üçün istehsalçılar arasında layiq olduğu uğuru əldə etmişdir, o cümlədən:

  1. Müasir texnologiyalar. Ticarət obyektlərində alınmış məlumatların ətraflı təsviri ilə malların düzülüşünün yoxlanılması.
  2. Hazır nəticələr. Təcrübəli mütəxəssis ordusunun və əlavə işçilərin cəlb olunması sayəsində böyük ərazidə marketinq tədqiqatlarının operativ həyata keçirilməsi.
  3. Keyfiyyətli analiz. Malınızın satışının yaxşılaşdırılması üçün vəziyyətin düzəldilməsi üzrə ətraflı praktik tövsiyələr.

Biz gərəksiz informasiyanı kənarlaşdıraraq sizə ən əhəmiyyətli məlumatları veririk. Sizinlə satış sahəsində aparıcı dünya mütəxəssislərinin təcrübəsi ilə həvəslə bölüşürük. Müştərilərimizə olan fanatik sevgi ən mürəkkəb məsələləri operativ və vaxtında həll etməyə kömək edir. Bizə etibar edərək siz malın təbliğatı üzrə ən cəsarətli layihələri reallaşdıracaq, alıcı üçün maksimal rahatlıq yaradacaqsınız.

Malınızın düzülüşünü 100% düzgün həyata keçirmək istəyirsiniz?– Biz kömək edəcəyik!

Alıcının gözündə öz imicinizi artıqmaq istəyirsiniz? – Biz bilirik bunu necə etmək olar!

Satış həcmləri üzrə rəqibi ötmək niyyətindəsiniz? – Bizimlə bu tamamilə realdır!

Share in the name of the best service: