Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Mystery Shopping

Mystery Shopping – ekzotik səslənir, elə deyilmi?

İndi isə təsəvvür edin ki, 15 il əvvəl biz postsovet məkanında biznesə gizli alıcıların xidmətini təklif edən birinci şirkət olduğumuz zaman bu necə cəlbedici səslənirdi. İnanın, bəzilərinə izah etmək lazım olurdu ki, bu detektiv janrının və ya turizm xidmətlərinin bir növü deyil.

O vaxtdan bəri biz Avropanın Şərqində ən böyük gizli alıcı xidməti provayderinə çevrildik. Biz 15 il ərzində gizli ziyarətlərlə, qapalı tədqiqatlarla, hərtərəfli yoxlamalarla və personalın iş qabiliyyətini sınaqdan keçirməklə yalnız öz səviyyəmizi və ya bizim müştərilərimizə göstərilən xidmətin keyfiyyətini qaldırmadıq. Əminik ki, gizli alıcılarımızın 1 milyon 150 min ziyarəti bizim ümumi yaşayış şəraitimizin daha rahat, xidmətlərin isə daha peşəkar olması yolunda əhəmiyyətli dərəcədə faydalı olub. Və əgər bu mətni oxuduğunuz zaman qarşılaşdığınız Mystery Shopping termini sizə tanış gəlirsə, təvazökarlıqdan kənar da olsa, bunda biz öz əməyimizi görə bilərik.

İndi isə keçək əsas məsələyə. Gizli alıcıların nəyinizə lazım olduğu və onların müştərilərinizi necə daha xoşbəxt, biznesinizi isə daha gəlirli edəcəkləri barədə qısaca danışacağıq.

Terminlərin izahından başlayaq: ümumiyyətlə bu, nədir belə?

Mystery Shopping o deməkdir ki, xidmətin qiymətləndirilməsinin dəqiq meyarlarıyla xüsusi olaraq hazırlanmış aydın müşahidə qabiliyyətli insanlar sizin sifarişinizlə adi müştəri qismində elə sizin pərakəndə satış nöqtənizə, müəssisəyə baş çəkirlər. Onlar hər şeyi görür, gizlicə müəyyən edir, qiymətləndirir, daha sonra xüsusi hesabatda öz müştəri təcrübəsi barədə səmimi məlumat verirlər.

Müştəri təcrübəsi – bu, əsas anlayışdır.

Müştəri təcrübəsi və ya customer experience müştərinin sizin şirkətinizlə qarşılıqlı əlaqə prosesində yaranan və onun sonrakı seçiminə təsir edən ümumi təəssüratlarıdır.

Mahiyyətcə bu, sizin özünüzü müştərilərə sevdirmək və ya onların ümidini boşa çıxartmaq qabiliyyətinizin toplusudur.

Bu təcrübə sizin xidmətinizə dair müştəri məmnunluğunun səviyyəsini müəyyən edir və bilavasitə birinci və təkrar alış-veriş haqqında qərara, həmçinin öz sosial əhatəsində yayacaq fikirlərə və verəcəyi rəylərə təsir edir.

Biz müştəri təcrübəsinin hərtərəfli dəyərləndirilməsi üçün meyarlar toplusu hazırlamışıq ki, bunu da hər bir konkret vəziyyətə uyğunlaşdırmaq olar. Biz bu meyarların effektiv istifadə edilməsinin qayğısına qalmışıq.

"Gizli Alıcı" texnologiyasının tətbiqinin effektivliyinin 4 təminatı

Yaxşı hazırlıq

Böyük statistik baza

Nəticələrin xüsusi qaydada emalı

Mütləq və təcili tətbiq etmə

Dünyanın müxtəlif ölkələrində 320 mindən çox insan 4Service-in hazırlanmış və attestasiyadan keçirilmiş Gizli Alıcılar bazasını təşkil edir. Bizim Gizli Alıcılarımız üçsəviyyəli təlim sistemini keçirlər, onların hesabatlarının həqiqətə uyğunluğuna isə kross-layihə tendensiya*- monitorinqinin köməyi ilə daim nəzarət edilir. Qiymətləndirilmələri qəsdən artırmaq və ya azaltmağa meylli agentlər aşkar olunaraq bazadan çıxarılır.

Nəticələrin emalı və qabaqcıl dünya texnologiyalarından istifadə bizim ayrı qürur mənbəyimizdir. 

Praktikliyi və sürəti, kəmiyyətcə ölçülən effekti sayəsində Mystery Shopping proqramı artıq biznesin istehlakçıyla birbaşa ünsiyyətin mövcud olduğu ən müxtəlif sahələrində fəal şəkildə istifadə edilir.

Gizli Alıcıların köməyi ilə şirkətlər hansı məsələləri həll edir?

İşçi heyətini “fəal" saxlayacaq xüsusi nəzarət rejiminin təşkili

Çatışmazlıqları aşkar etməyə və işçi heyətinin təlimini bu çatışmazlıqların aradan qaldırmasına yönəltməyə imkan verir.

Personalı konkret istehlak təcrübəsi və maliyyə KPI-i üçün əhəmiyyətli fəaliyyətə stimullaşdırmaq imkanı

Qabaqcıl əməkdaşların təşviq edilməsi və kollektivin ən yaxşı təcrübələrlə "silahlandırılması "

Rəqiblərin güclü və zəif tərəflərinin ətraflı öyrənilməsi

İnkişaf strategiyanın hazırlanması və investisiyaların istiqamətləri üçün lazımlı məlumatların mənbəyi

4Service-in Gizli Alıcıları ağlasığmaz suallarla dolu və dəyişik əhval-ruhiyyəli xidmət qurmanlarının qarışığıdır.

4Service-in Gizli Alıcı proqramı şirkətinizdə xidmət mühitinə daim nəzarət etməyə, bütövlükdə sizə müştərilərinizin təəssüratlarını qiymətləndirməyə, problemli zonaları aşkar etməyə və müştərilərinizin loyallığını yeni səviyyəyə qaldırmağa imkan verən incə vasitədir. Bununla isə siz öz gəlirlərinizi artırmış olursunuz.

Share in the name of the best service: