Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Mystery Shopping for makers

İstehsalçı üçün Mystery Shopping – adi satıcı loyal tərəfdaş olur!

İstənilən istehsalçıya çox yaxşı məlumdur ki, ticarət şəbəkəsindəki satıcı çox vaxt təklif etdiyi mallara bitərəf yanaşır. Əslində onun üçün alıcının tozsoranın və ya televizorun hansı modelini seçəcəyinin heç bir fərqi yoxdur. 4Service şirkəti sizə vəziyyəti dəyişmək üçün unikal alət– Mystery Shopping proqramını təklif edir. O, standart satıcını malınızı fəal şəkildə təklif edən loyal tərəfdaşa çevirir.

4Service-in Mystery Shopping proqramı necə işləyir

Bizim proqramımızın əsas aləti – gizli alıcıdır. GA bu və ya digər şəhər və ya rayonda yaşayan, xüsusi təlimi keçmiş və tələb olunan anda ticarət obyektində yoxlama işini yerinə yetirməy hazır olan əməkdaşdır. Bazamızda belə şəxslərin sayı 300 000-dən artıqdır. Onlar Şərqi Avropanın müxtəlif yerlərində yaşayırlar. İstənilən vaxt, GA müvafiq ticarət obyektində baş çəkə və sizə xeyir gətirə bilər.

Mystery Shopping proqramının alqoritmi xırdalıqlarına qədər düşünülmüşdür və dəfələrlə təcrübədə sınanmışdır:

  1. Proqrama başlamazdan əvvəl məlumat yayılır. Ticarət şəbəkələrindəki satıcılar Mystery Shopping proqramının keçiriləcəyi barədə və bu zaman onların mənfəətlərinin nədən ibarət olacağına dair məlumatlandırılırlar.
  2. Gizli alıcı mağazaya yoxlama ziyarəti edir. Əgər satıcı ona məhz sizin malınızı məsləhət görürsə, o, mükafatlandırılır.
  3. Variant olaraq satıcıya hədiyyələrin verilməsi daha sonra sifarişçinin (istehsalçının) nümayəndəsi tərəfindən həyata keçirilə bilər.

Mystery Shopping proqramı istehsalçı üçün nəyi dəyişdirir?

Bu sual bizim məhsulumuz haqqında ilk dəfə eşidən insan üçün tamamilə başadüşüləndir. Mystery Shopping proqramı sizi 2 real üstünlüklə təmin edir:

Konkret məhsulun satışının artması. Rəqiblərin mövqelərinin zəifləməsi fonunda istehsalçının bazarda payı çoxalır.

Satıcıların loyallığının artırılması. Proqram onların marağında olduğu üçün onlar bütovlükdə sizin mallarınıza və şirkətə daha bağlı olurlar. Sizin məhsulun satıcılar tərəfindən tövsiyə olunmasının kəmiyyəti əhəmiyyətli dərəcədə artır.

Mystery Shopping böyük ərazidə istehsalçıya məxsus malın satışının artımı üçün effektiv vasitədir. O, sizə gəlirin artımı şəklində konkret xeyir gətirir. Mükafatla təmin edilmiş satıcılar sizin malınızı hər gün təklif edən sadiq işgüzar partnyorunuza çevrilirlər.

Satıcıları sizin malınızı müştərilərə daha yaxşı təklif etməyə maraq oyatmaq istəyirsiniz?– Bu, realdır!

Bazarda rəqibləri üstələmək arzusundasınız?– Biz kömək edərik!

Ticarət şəbəkələrində öz imicinizi yaxşılaşdırmaq niyyətindəsiniz?– Bizdə gözəl nəticəyə nail olmaq üsulu var!

Share in the name of the best service: