Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 POS audit

4Service Group-dan POS audit – sizin eyni vaxtda 1000 ticarət obyektinə baxış keçirmək şansınızdır!

Korporativ şəbəkədə hər ticarət obyekti biznesin ümumi müvəffəqiyyətinə öz töhfəsini verir. Müştərilərinizin loyallığı əməkdaşların zahiri görünüşündən, reklam materiallarının yerləşdirilməsindən və xidmətin keyfiyyətindən birbaşa asılıdır. Amma yerlərdəki işinə can yandırmayan menecerlər çox vaxt alıcılarda bütövlükdə markaya qarşı neqativ münasibət formalaşdırırlar. Yüzlərlə vicdanlı əməkdaşın zəhməti hədər olur. Baş ofis tərəfindən lazımiı nəzarətin olmadığı halda vəziyyət daha da çətinləşir.

Buna görə sizə 4Service Group-dan POS audit lazımdır

Bankın bütün bölmələrini və ya yüzlərlə YDM-in (yanacaqdoldurma məntəqəsinin) hər birinə baxış keçirmək üçün hər gün onlarla baş ofis əməkdaşlarını ezamiyyətə göndərərək saatlarla vaxt sərf etmək lazımdır.

Bu, baha başa gəlir, effekti azdır və fiziki cəhətdən çox ağırdır. Ticarət obyektlərinin auditinə 4Service Group şirkətini cəlb etmək daha əlverişli və daha asandır. Biz sizin yerinizə bütün işi operativ edirik və görülmüş işlər haqqında ətraflı hesabat veririk.

Bizim şirkətimizdə POS auditin keçirilməsinin metodikası diqqətlə düşünülmüşdür və dəfələrlə sınaqdan keçirilmişdir.

Biz işə başlamazdan öncə:

xüsusi onlayn-təlim keçir, personalı yoxlayır və təlimatlandırırıq;

yoxlamanın keçirilməsinə dair sifarişçidən yazılı icazə alırıq;

şirkətinizin iş standartları və mütəxəssislərin tövsiyələrini öyrənirik.

Niyə POS audit 4Service Group-a etibar edilir

Qısa vaxt ərzində yüzlərlə ticarət obyektində keyfiyyətli baxış keçirmək olduqca çətindir. Hətta sizin rəhbərliyiniz altında onlarla yüksək ixtisaslaşmış mütəxəssis olsa belə. Belə iş üçün daha peşəkar komanda lazımdır. Və bu komanda mövcuddur – Şərqi Avropa ərazisində 300 000 gizli alıcı sizin göstərişlərinizi yerinə yetirməyə hazırdır. Bunlar – bizim tərəfimizdən təlim keçmiş ölkənin müxtəlif guşələrində yaşayan insanlardır.

Auditin effektiv nəticəsi bizim şirkətimizin dəyərlərinin əsasını təşkil edən 5 amil ilə təmin olunur:

  1. Bizim tədqiqatlarımızın sifarişçiyə verdiyi mənfəətlə
  2. Həmişə biznes tərəfdaşlarımıza çatdırdığımız həqiqətlərlə.
  3. Öz işimizə bizimlə ünsiyyətdən həzz almağınıza kömək edən sevgi ilə.
  4. Hər başlanmış işdə müvəffəqiyyət əldə etməyimizin səbəblərindən olan coşğu ilə.

Əgər işi 4Service Group-un gizli alıcıları öhdəsinə götürərsə, eyni zamanda 1000 ticarət nöqtəsində audit həyata keçirmək realdır. Bu işi biz tez və peşəkarlıqla yerinə yetirməklə sizə biznesdə müvəffəqiyyətə nail olmağınız üçün dəyərli informasiya veririk.

Hər hansı sualınız varmı?– Buyurun, soruşun!

Sizə POS audit lazımdır?– Bizə müraciət edin!

Hal-hazırda ticarət obyektlərinizdə nə baş verdiyini bilmək istəyirsiniz?– Bu barədə ətraflı danışarıq!

Share in the name of the best service: