4Service-dən qiymətlərin monitorinqi və POSM-audit – fəal istehsalçılar üçün faydalı tədqiqatdır(araşdırmadır)

Müasir istehsalçıya biznesi uğurla inkişaf etdirmək üçün çox səy göstərmək lazım olur. Yeni malların hazırlaması və məhsulunuzun reklamı ilə yanaşı marketinq araşdırmalarından istifadə etmək çox faydalıdır. Qiymətlərin monitorinqi və POSM-audit satış yerlərində çox vacib məlumatı üzə çıxarmağa imkan verir. 4Service şirkəti bu işi həvəslə öhdəsinə götürür və həmişə sifarişçiyə doğru məlumat verir.

Niyə qiymətlərin monitorinqini 4Service-ə etibar etmək daha yaxşıdır

Satış yerlərində qiymət dəyişikliklərini izləmək istənilən istehsalçı üçün vacib məsələdir. Belə tədqiqatları keçirmək üçün ya mövcud işçi qüvvəsindən istifadə etmək, ya əməkdaşların sayını artırmaq, ya da bu işi yerinə yetirən digər insanlara tapşırmaq lazımdır.

Qiymət yoxlamasının qeyri-peşəkarlar tərəfindən həyata keçirilməsinin effektivliyi çox aşağı olur, çünki bu insanlarda praktik bacarıqlar yoxdur. Bundan əlavə, monitorinqlə məşğul olan insan müvəqqəti olaraq əsas işini təxirə salmağa məcbur olur.

Monitorinq üzrə mütəxəssis ştatının mövcudluğu həmişə əlavə xərcdir.

Buna görə kənardan bu sahədə ixtisaslaşmış şirkətlərin bu işə cəlb edilməsi qiymət auditinin ən optimal variantıdır.

4Service şirkəti istehsalçılar üçün qiymətlərin monitorinqini operativ və keyfiyyətlə yerinə yetirir. Müştərilərimizin 100% -i bu xidməti daim sifariş edir, çünki bizim tədqiqatlarımızın nəticələri onları tam qane edir.

POSM-audit kimə lazımdır

POSM-monitorinq öz malını təbliğ etmək üçün müasir innovasiyalardan istifadə edən istehsalçılara lazımdır. Auditin belə formatı satış yerlərində xüsusi avadanlıqların (soyuducular, vitrinlər, çətirlər,ticarət üçün müxtəlif mebellərin) izlənməsindən ibarətdir.

Auditor avadanlığın sayını və onun vəziyyətini (içindəki malın miqdarını, zahiri görünüşünü, işləmə qabiliyyətini) qiymətləndirir. Tədqiqatların gedişatında alınmış məlumatlara auditorun subyektiv qiymətləndirməsi də əlavə olunur.

4Service mütəxəssisləri qiymət auditinin və POSM-monitorinqin keçirilməsi sahəsində böyük təcrübəyə malikdirlər. Biz sifarişçilərimizi sevirik, buna görə araşdırmalar zamanı sizin üçün xüsusi faydalı və doğru məlumatları əldə edirik. Sizin tapşırıqlarınızı peşəkarlıqla yerinə yetirərək biz həvəslə lazımiı məlumatları toplayırıq. Biz hər zaman istehsalçılarla əməkdaşlığa hazırıq və öz işimizin nəticələrinə görə cavabdehlik daşıyırıq.

Pərakəndə satışda qiymətləri izləmək istəyirsinizmi?– Biz kömək edərik!

Ticarət şəbəkələrində avadanlığın monitorinqini keçirmək niyyətindəsiniz?– Biz hər soyuducunu vicdanla yoxlayacağıq!

Rəqiblərin real qiymətlərini öyrənmək fikrindəsiniz?– Bu, 4Service ilə çox asandır!

Share in the name of the best service: