Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Promo-audit

4Service-dən Promo Audit – promo-aksiyaların keçirilməsinə təsirli nəzarət mexanizmidir.

Öz məhsulunun satışını stimullaşdırmaq və yeni mallara alıcıların diqqətini cəlb etmək üçün istehsalçılar tez-tez xüsusi tədbirlər həyata keçirirlər. Bu tədbirlərin həyata keçirilməsinə promouterlər cəlb olunur, büdcədən çox böyük vəsait ayrılır. Aksiyanın effektivliyinə dəqiq nəzarət etməyə 4Service-in promo audit xidməti kömək edir.

Promo-audit istehsalçıya nə üçün lazımdır

Promo aksiyaların düzgün keçirilməsi - işini yaxşı bilən rəhbərliyin başçılığı altında toplanmış çoxlu sayda insanın ciddi əmək fəaliyyəti deməkdir. Oxşar tədbirlər çox vaxt eyni zamanda bir çox ticarət obyektlərində keçirilir ki, bu da rəhbərlik üçün nəzarəti çətinləşdirir.

Promo-audit üçün çoxlu sayda əməkdaşa malik başqa bir şirkəti dəvət edərək istehsalçı bu imkanları əldə edir:

  1. Promouterlərin müəyyən olunmuş yerlərdə olub-olmamasına, onların gəliş və gediş vaxtına nəzarət etmək;
  2. Promouter tərəfindən öz vəzifələrinin icrasının keyfiyyətini yoxlamaq;
  3. Reklam materiallarının müvafiq yerlərdə mövcudluğu haqqında düzgün məlumat almaq.
  4. Səhvlərin aşkar edilməsi zamanı vəziyyəti operativ şəkildə düzəltmək.

Niyə bizim promo-audit həmişə effektlidir

4Service şirkəti istehsalçılarla promo-auditin həyata keçirilməsi üçün sıx əməkdaşlıq edir. Müştərinin 99%-dən çoxu bizə bu xidməti sifariş etmək üçün təkrar müraciət edirlər, çünki:

Gizli alıcıların içərisində çoxlu sayda təlim görmüş auditorların mövcudluğu eyni vaxtda böyük əraziyə nəzarəti təmin edir.

Onlayn-portaldan istifadə və xüsusi proqram təminatı sifarişçiyə real zamanda ölkənin hər yerindən məlumat əldə etməyə imkan verir.

Bizim əməkdaşlarımız nəinki yerlərdə vəziyyət barədə məlumat verir, həmçinin xidmətin yaxşılaşması üçün sizə konkret tövsiyələr də təklif edir.

Bizim auditorlarımız ziyarətdən bir yığın konkret məlumatla (audioyazı, fotoşəkillərlə) geri dönür. Anketlərlə və artefaktlarla əsaslandırılmış və etibarlı məlumat sizin sərəncamınıza verilir.

4Service-dən promo audit həqiqətən effektlidir. Onun təsir qüvvəsi bütün Şərqi Avropa üzrə ticarət şəbəkələrində dəfələrlə yoxlanılmışdır. Yüzlərlə biznes tərəfdaşı sizin üçün topladığımız məlumatların doğruluğuna əmin olmuşdur. Bizim işinə can yandıran və nəticəyə köklənmiş əməkdaşlarımız sizə ən cəsarətli biznes lahiyələri reallaşdırmağa kömək edirlər.

Promo-aksiyaların effektivliyini yüksəltmək istəyirsiniz?– Biz köməyə gələrik!

Promo-büdcənin xərclənməsinə nəzarəti yaxşılaşdırmaq arzusundasınız?– 4Service-ə müraciət edin!

Promouterlərin işini diqqətlə təhlil etmək niyyətindəsiniz?– Sizi etibarlı məlumatlarla təmin edəcəyik!

Share in the name of the best service: