4Service Group-dan satışların stimullaşdırılması proqramları 100% işləkdir!

Bu gün satışı öz axarına buraxmaq – öz əllərizlə biznesinizi boğmaq kimi bir şeydir. Güclü rəqabət və mağazalarda malların böyük çeşidi olduğu bir şəraitdə alıcı oxşar məhsulu rəqibdə asanlıqla tapır. Potensial müştəri çəkinmədən hər hansı bir malın eynisinin satıldığı qonşu mağazaya müraciət edir. Soruşacaqsınız – Niyə? Çünki həmin ticarət obyektində satışların effektiv stimullaşdırılması proqramı reallaşdırılmışdır.

Satışı niyə stimullaşdırmaq lazımdır?

Çox düzgün və vaxtında verilən sualdır. Satışın stimullaşdırılması – sahibkarın istəyi olmayıb zərurətdən irəli gəlir. Hər malın təbliğata ehtiyacı var. Satışın stimullaşdırılması proqramları məhsulun son istehlakçı tərəfindən əldə edilməsində şəxsi marağı artırır:

vasitəçilər;

ticarət agentləri;

satıcı-məsləhətçilər;

adi alıcılar.

Müxtəlif üsullarla satışların stimullaşdırılmasını təcrübədə reallaşdırmaq olar. Bu, aşağıdakılarla müşayiət oluna bilər:

diqqəti cəlb edən reklam və lotereyaların keçirilməsilə;

malların pulsuz paylanması və ən yaxşı satıcıların mükafatlandırılmasilə;

əlavə endirimlərin təklifi və sərgilərin təşkil olunmasilə.

Satışların stimullaşdırılmasına təsir effekti davamiyyətinə görə aşağıdakı kimi olur:

  1. Qısamüddətli. Proqramın işlədiyi dövrdə satış həcmlərinin kəskin artımında və satıcıların fəallığında əks olunur.
  2. Uzunmüddətli. Alıcıların sizin biznesinizə münasibətinin yaxşı istiqamətdə dəyişməsilə müəyyən olunur.

Şirkətimiz satışları necə stimullaşdırır

4Service Group satışların stimullaşdırılmasının unikal proqramlarını işləyib hazırlayır və həyata keçirir.

Əksəriyyətiniz deyəcəksiniz ki, öz xidmətlərini təklif edən yüzlərlə başqa şirkət də belə iddia edir. Ancaq bizim əlimizdə digərlərinin fonunda seçilmək üçün real əsas – Şərqi Avropada ən böyük, 300 000 nəfərlik gizli alıcı ordusu var. Bu əməkdaşlar hər gün ticarət obyektlərində işlərin vəziyyəti haqqında məlumat toplayırlar. Onlar analiz üçün ən qiymətli məlumatları təqdim edir, bizi mağazalarda keçirilən tədbirlərdən xəbərdar edirlər.

Buna görə biz nəyi və necə etmək lazım olduğunu bilirik. Biz hər gün satışların stimullaşdırılması üzrə yüzlərlə proqramın real bəhrəsini görürük. Bizimlə ünsiyyət saxlayaraq siz həqiqəti eşidirsiniz, əməkdaşlarımız tərəfindən hörmət və sevgini hiss edirsiniz. Biz yeni faktları dərhal və böyük həvəslə qəbul edirik və yenilikləri sizinlə bölüşməyə tələsirik. Müştərilərimizin 100%-i bizim satışın stimullaşdırılması proqramlarını təkrar sifariş edirlər.

4Service Group-dan satışın stimullaşdırılması proqramları xeyirinizə işləyərək biznesinizi yeni zirvələri fəth etməyə “məcbur edir”. Bizim proqramlarımız satıcıları xüsusi rekordlara ilhamlandırır, yeni alıcıları cəlb edir və rəqibləri çıxılmaz vəziyyətdə qoyur. Bizimlə birlikdə siz əməyinizin nəticələrindən tam razı qalır və müştərilərin xoşuna gəlirsiniz.

Siz ciddi olaraq satışın stimullaşdırılması fikrinə düşmüsünüz? – Bizə zəng edin və soruşun!

Konkret suallar meydana çıxır?– Biz cavab verməyə hazırıq!

Öz alıcılarınızı təəccübləndirmək istəyirsiniz?– Biz bilirik bunu necə etmək olar!

Share in the name of the best service: