Notice: Undefined index: HTTP_ACCEPT_LANGUAGE in /var/www/4service-group.com/language/Geo.php on line 37
 Əməkdaşların motivasiyası

İstehsalçı tərəfindən satıcıların motivasiyası – sizin mallarınızın satışı yüksək sürətlə artır!

Ticarət şəbəkəsinə malı ötürərkən hər bir istehsalçı onun yaxşı satılacağına ümid edir. Amma çox vaxt reallıq fərqli olur. Qonşuluqda olan rəqiblərin eyni tipli məmulatları ilə yanaşı qoyulan məhsulunuz onların arasında asanlıqla itib-bata bilər. Belə vəziyyətdən çıxış yolu 4Service-dən effektiv proqram – istehsalçı tərəfindən satıcıların motivasiyasıdır.

İstehsalçı satıcını niyə motivasiya etməlidir

Motivasiya proqramı istehsalçı üçün bir neçə üstün xüsusiyyətlərə malikdir. Onun reallaşmasının gedişatında:

  1. Satıcılar sizin malınızı müştərilərə daha çox məsləhət görürlər. Sizin məhsulunuzu almaq təkliflərinin sayı orta hesabla iki dəfə artır;
  2. Ticarət şəbəkələrinin əməkdaşları sizin məhsulunuza daha loyal olurlar, satışlarda onların şəxsi marağı artır.
  3. Satış həcmlərinin artımından gələn gəlirlər proqramın keçirilməsinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyir.

Motivasiya edilmiş satıcı alıcı uğrunda mübarizədə sizin müttəfiqiniz olur. Onunla əməkdaşlıq edərək, siz öz şəxsi məhsulunuzu satmaq və rəqiblərə qalib gəlmək şansınızı əhəmiyyətli dərəcədə artırırsınız.

4Service-dən motivasiya proqramı necə işləyir

Öz sərəncamında 300 000-dən çox gizli alıcı olan 4Service Group eyni zamanda minlərlə ticarət obyektində satıcılar üçün motivasiya yönümlü tədbirlər keçirməyə qadirdir.

Proqramın keçirilməsinin mexanizmi dəfələrlə təcrübədən keçirilmiş və ən xırda məqamlar da nəzərə alınmışdır:

İşə salınmazdan əvvəl işçi heyəti proqramın həyata keçiriləcəyi barədə xəbərdar olunur və bu proqramda iştirakın xeyirli cəhətləri nümayiş olunur.

Gizli alıcı adi müştəri rolunu icra edərək mağazaya gəlir.

Əgər konsultasiya zamanı satıcı sizin malınızı təklif edirsə, o halda gizli alıcı onu əldə etməyə razılaşır.

Kassanın yanında gizli alıcı kim olduğunu deyir və satıcını xüsusi artefaktla (ulduz, hədiyyə, jetonla) mükafatlandırır.

Əgər gizli alıcı ilə ünsiyyət zamanı satıcı sizin malınıza məhəl qoymursa, bu halda gizli alıcı öz anonimliyini saxlaya və ya kim olduğunu deyə bilər. Bu proqramın keçirilməsinin qabaqcadan razılaşdırılmış şərtlərindən asılıdır.

İstehsalçı tərəfindənn satıcıların motivasiyası proqramı – məhsulunuzun imicinin yaxşılaşdırılması, satışın və müştərilərin loyallığının artırılması üçün təsirli alətdir. Onun yüksək effektivliyi o faktla təsdiq edilir ki, istehsalçıların 100% -i bizə bu xidmət üçün təkrar müraciət edirlər.

Malınızın satışını artırmaq istəyirsinizmi?– Biz kömək edərik!

Satıcıları daha loyal etmək arzusundasınız?– Bizdə bunun üçün real imkan var!

Müştəri uğrunda mübarizədə rəqibləri ötmək niyyətindəsiniz?– Bunu bizimlə etmək asandır!

Share in the name of the best service: