4Service sorğuları – müştərinizin həqiqi fikrini bilmək üçün çox gözəl şansdır!

Biznesi düzgün inkişaf etdirmək üçün daim müştərilərdən doğru məlumat toplamaq, strategiyaya vaxtında düzəlişlər etmək və alıcıların loyallığını yüksəltmək lazımdır. 4Service şirkəti sizə müştərilərin fikrinin müəyyənləşdirilməsi üçün unikal vasitədən – peşəkarlıqla hazırlanmış sorğulardan istifadə etməyi təklif edir. Bizim ehtiyatımızda sorğu keçirilməsinin 3 əsas forması vardır:

Ticarət obyektinin çıxışında sorğu

Belə metodika alınmış məlumatların düzgünlüyünü daha çox təmin edir. O müxtəlif yaş həddi, təhsil, cins və gəlir səviyyəsinə malik müştəriləri əhatə edir. Müsahibə alan qabaqcadan hazırlanmış anketin köməyi ilə bir neçə dəqiqə ərzində lazımı məlumatı əldə edir və onu dərhal xüsusi ShopMetrics portalına ötürür.

Sorğu müasir kompüter avadanlığı olan planşetlərin köməyi ilə həyata keçirlir. Belə ki, hazırlanmış anketin elektron versiyası həmin avadanlıqlarda yerləşdirilir. Eyni zamanda sorğunun audioyazısı da qeydə alınır.

Onlayn-sorğular

Onların istifadəsi zamanı bir sıra üstünlüklər meydana çıxır. Müasir onlayn texnologiyaların tətbiqi müxtəlif üsullarla sorğu keçirməyə imkan verir:

elektron ünvana məktub göndərilməsi ilə;

SMS göndərilməsi ilə;

birbaşa sifarişçinin saytında.

Onlayn-sorğuların rahatlığı aşağıdakılarla izah olunur:

    1. Sutka ərzində müştəri üçün rahat vaxtda keçirilmə imkanı
    2. Ətraflı məlumatların alınması. Müştəriyə öz təəssüratlarını bölüşmək üçün çox vaxt verilir.
    3. Daha ucuz başa gəlməsi. Axtarışına əlavə səy göstərilmədən müştəri özü internet səhifəyə daxil olur.
    4. Məlumatların bir anda əldə edilməsi. Müştərinin etdiyi qeydlər anket formasının doldurulmasından sonra dərhal sifarişçinin ixtiyarında olur.

Telefon sorğuları

4Service çağrı mərkəzinin əməkdaşları tərəfindən keçirilir. Anketlər yaradan, abunəçinin nömrəsini avtomatik yığan, lazımlı parametrlər üzrə respondentləri yoxlayan, müsahibənin audioyazısını yaradan- INFINITY proqram təminatından istifadə olunur.

Çağrı mərkəzinin əməkdaşıyla canlı ünsiyyət vaxtı müştərinin həqiqi məlumat vermək ehtimalı daha çox olur. Öyrədilmiş mütəxəssislər respondentlə daha tez dil tapır, lazım olan məsələ üzrə onun fikrini daha çevik öyrənir. Qarşılıqlı əlaqə müştərinin etibarını artırır.

4Service-in sorğuları müxtəlif və son dərəcə effektlidir. Bu alətlərdən istifadə edərək, artıq xərc və vaxt sərf etmədən siz müştərinin həqiqi fikrini asanlıqla öyrənirsiniz. Müştərinin fikirini nəzərə alaraq siz biznesinizi onun üçün daha güclü və cazibədar edirsiniz.

Müştərilərinizi daha yaxşı tanımaq arzusundasınız?– Müraciət edin!

Xidmət səviyyəni yüksəltmək niyyətindəsiniz?– Biz kömək edərik!

Sorğu keçirmək istəyirsiniz?– Əməkdaşlarımızın xidmətini təklif etməyə hazırıq!

Share in the name of the best service: