4Service Group təlimləri –sizin personala lazımi təlimlər keçirik!

XXI əsrdə biznesi inkişaf etdirmək çox çətin məsələdir. Hətta güclü korporativ şəbəkələr çox vaxt rəqabətə dözməyərək təslim olurlar. Nə üçün belə olur? Cavab sadədir – bu günün müştərisi ərköyündür. Onda zəhlətökən reklama qarşı immunitet yaranıb və o lazımi şeyləri internet vasitəsilə almağı öyrənib. Bu gün potensial alıcını özündən uzaqlaşdırmaq asan, özünə etibarı qazanmaq isə çox çətindir.

Nə edək?

Siz soruşun ki, nə edək? Əlbəttə, personalınıza yüksək səviyyədə bunları aşılamalısınız:

satış sənətini;

motivasiyaları;

xidmətin standartlarını;

kommunikasiyanı;

komandada işləmək bacarığı və bir çox başqa faydalı şeyləri.

Yaxşı öyrədilmiş personal – bu, amansız rəqabət şəraitində sağ qalmağa və inkişaf etməyə real imkan deməkdir. Alıcı həmişə ona harada ürəklə xidmət göstərildiyini hiss edir. Məhz buraya o, yenidən qayıdır, öz dostlarını, qohumlarını, iş yoldaşlarını və tanışlarını gətirir.

Bu yolla siz loyal müştərilərin böyük ordusunu – uğur əldə etməyin əsasını formalaşdırırsınız.

Niyə 4Service Group?

Həqiqətən, niyə? Axı bu gün təlim keçmək təklifləri çoxluq təşkil edir. Nəticəyə zəmanət, ən yeni metodikalar, fərdi yanaşma, təcrübəli təlimçilər – İnternet şəbəkədə bütün bu standart şablonları artıqlaması ilə təklif edən yüzlərlə ixtisaslaşmış sayt var.

Biz unikal imkanlarımızdan istifadə edərək personalın təliminə fərqli yanaşmışıq. 4Service Group şirkətinin təlimləri praktik təcrübəyə əsaslanır. 300 000 gizli alıcı hər gün bizə minlərlə ticarət obyektində real vəziyyət barədə bir çox qiymətli məlumatlar verirlər.

Biz bu məlumatları təhlil edərək bir çox konkret nümunə ilə unikal öyrədici vasitələr yaradırıq. Buna görə də bir dəfə təlim sifariş vermiş müştərilərin 100 faizi bizə təkrar müraciət edir.

Partnyorlara qarşı hörmət və sevgi şirkətimizin əhəmiyyətli dəyərləridir. Təlimlərdə biz öz əməyimizə canımızı qoyuruq və müştərilərə həqiqəti deyirik. Ən faydalı məlumatları diqqətlə seçirik və zərrə qədər şübhə olmadan sizinlə bölüşürük. Əməkdaşlarımız böyük həvəslə yeni biliklərə yiyələnməyə çalışır, personalın insanlarla iş vərdişlərinə yiyələnməsi istiqamətində fəal tədbirlər görür.

4Service Group tərəfindən təlim keçmiş əməkdaşlar yaxşı öyrədilmiş yüksək motivasiyalı mütəxəssisə çevrilir. Məşğələlərimizdən sonra onlar özünə əminlik əldə edir və rəhbərliyə qarşı loyal münasibətdə olurlar. Bizdən çox faydalı şeylər öyrənən əməkdaşlarınız onları təcrübədə istifadə edərək sizə əlavə gəlir gətirir.

Sizə maraqlı gəldi?– Əlaqə telefonları ilə daha çox məlumat əldə edin!

Kömək lazımdır?– Kömək əlimizi uzatmağa həmişə hazırıq!

Suallarız var?– Bizə yazın və ətraflı cavab alacaqsınız!

Share in the name of the best service: